Məktəbdə İlaxır çərşənbələrdən "Su çərşənbəsi" qeyd edildi.

23.02.2016-cı il tarixində məktəbdə baharın ilk müjdəçisi olan Novruza qədərki ilaxır çərşənbələrdən ilki Su çərşənbəsi qeyd edildi. V və II siniflərin hazırladığı tədbirdə şagirdlər Novruz bayramına qədərki çərşənbələr haqda məlumat verdilər. Onlar öz çıxışlarında qeyd etdilər ki, "Bu gün ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur. Yazın, Novruzun ilk qaranquşu, müjdəçisi çərşənbələrdir. Novruz qədim ənənələrə söykənən və Azərbaycanın milli ünsürlərini özündə birləşdirən əsas bayramlardan biridir. Novruzun ilk çərşənbəsi - Su çərşənbəsidir. Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o, "əvvəl çərşənbə", "gözəl çərşənbə", "sular Novruzu", "gül çərşənbə" kimi də tanınır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. İnama görə, həmin gün sular təzələnir. " Şagirdlər su ilə bağlı bayatılar, atalar sözləri söylədilər, mahnılar oxudu rəqs etdilər. Tədbirin sonunda məktəbin direktoru Narınc Mehtiyeva çıxış edərək şagirdlərə qarşıdan gələn Bahar bayramı münasibətilə bayramlarını təbrik etdi, onlara ən səmimi arzularını bildirdilər. Tədbirdə "Aydınlığa doğru" ictimai birliyinin nümayəndələri də qonaq qismində iştirak edirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi