"Sağlam həyat tərzi- sağlam və fəal fərd tərbiyə edir " Layihəsi.

"Sağlam həyat tərzi- sağlam və fəal fərd tərbiyə edir " layihəsinin yeniyetmələrin fiziki və intellektual inkişafına pozitiv təsirini layihə iştirakçısı olan hər bir fərdin idmana həvəsinin artmasında, komanda və kollektiv daxilində birgə fəaliyyət zamanı- oyun, toplantı, yarış, düzgün davranış göstərməsində, intellektual oyunlara marağın artmasında, bilik və bacarıqların yeni məlumatlarla genişlənməsində, qazanılan təcrübədə özünü biruzə verəcəkdir.. Onların fəallığı artacaqdır. Radikal fikirlərdən, lazımsız və zərərli vərdişlərdən uzaqlaşacaqlar.
Azərbaycan Gənclər Fondunun dəstəyi ilə 2018-ci ilin noyabr ayından 2019-cu ilin fevral ayına kimi məktəbimizdə Oriqami Usaq və Yeniyetmələr İctimai Birliyinin təşkil etdiyi "Sağlam həyat tərzi- sağlam və fəal fərd tərbiyə edir " layihəsi keçirildi. Layihədə iki sinifin- VI b və VI c sinif şagirdləri iştirak etdi. Layihələr çərçivəsində şagirdlər arasında müxtəlif idman və məntiqi oyunlar keçirildi və sonda iştirak edən şagirdlərə hədiyyə və bukletlər təqdim olunaraq sertifikatlar verildi.