"Məntiq hər yerdə"

Məntiq maraqlı,dərin və qədim tarixi olan bir elmdir.
Məntiq hər bir insanın düzgün düşünə bilməsidir. Düşünmək öz-özünə mübahisə etmək deməkdir. Seçilən nəticənin niyə məhz həmin nəticə olduğunu yəqinləşdirən fikirlərin hamısı məntiqin özüdür.
Nəticəni müəyyən qanunauyğunluğa, ardıcıllığa əsasən tapmaq mümkündür.
Gündəlik həyatımızda müəyyən qanunauyğunluq yaşayırıqsa, fəsillərin dəyişməsi, illərin, əsrlərin bir-birini əvəz etməsi müəyyən ardıcıllıqla baş verirsə, bunu qəbul edib, öz-özümüzdə təhlil ediriksə, deyə bilərik ki, dünya yaranan gündən məntiq var.
Məntiqlə əlaqəli 4 c sinifində "Açiq dərs" keçirdik. Məktəbimizin direktoru Esmira müəllimə, Texnologiya və Təsviri incəsənət müəllimi Aybəniz müəllimə, Coğrafiya və Həyat bilgisi fənn müəllimi Şəlalə müəllimə və İngilis dili müəllimi Fəqanə müəllimə keçirdiyimiz "Açıq dərs"də iştirak edib, şagirdlərin bilik səviyyəsinə və verdikləri tapşırıqlara necə cavab verdiklərinə nəzarət etdilər.
Şagirdlər məntiqi tapşırıqlardan ibarət "Ziya" , "Zəka" , "Nur", "Şəfəq" adlandırılan qruplar işlərini yerinə yetirdilər. Müzakirələrə səbəb olan qrup işləri düzgün yerinə yetirildi. Nəticələr qiymətləndirmə cədvəlinə əsasən qiymətləndirildi.
"Məntiq hər yerdə" adlı açıq dərs uğurla başa çatdı.