III "Ç" sinfində "Hacı Zeynalabdin Tağıyev" ə həsr olunmuş açıq dərs

16.02.2016 –cı il tarixində C.Nurməmmədov adına 108 nömrəli tam orta məktəb III "Ç" sinfində Azərbaycan dili fənni üzrə "Hacı Zeynalabdin Tağıyev" mövzusunda açıq dərs keçirilmişdir. Açıq dərs layihə formatında təqdim olunmuşdur. Layihə çərçivəsində bir qrup şagird şəhər əhalisi arasında sorğu keçirmişlər. Sorğu keçirməkdə məqsəd əhalinin H. Z. Tağıyevin həyatı, xeyriyyəçi-milyonçu kimi fəaliyyəti və vəfatından sonra ailəsinin vəziyyəti haqqında nə bildiklərini öyrənmək idi. Daha sonra H. Z.Tağıyevin ev muzeyinə (AMEA Milli Azərbaycan Tarix Muzeyi) ziyarət etmiş və oradakı bələdçilərdən bu dahi şəxsiyyət haqqında ətraflı məlumatlar öyrənmişdirlər. Digər qrup uşaqlar isə H. Z.Tağıyevin qazancını necə millət yolunda xərclədiyini internetdən araşdırmışdırlar. Bütün görülmüş işləri geniş auditoriyaya çatdırılmaq üçün blog yaradılmış və materiallar http://tagiyev108.blogspot.com/ internet səhifəsində yerləşdirilmişdir. Mövcud təhsil proqramının (kurikulumun) bütün tələblərinə cavab verən, şagirdlərə müstəqil şəkildə öz fəaliyyətlərini ( jurnalistlik, operatorluq, İKT sahəsi üzrə mütəxəssislər ) göstərməyə şərait yaradan nümunəvi bir dərs sinif müəllimi Pərvinə Qədimova tərəfindən təqdim olunmuşdur. Layihə çərçivəsində şagirdlərdə XXI əsrin bilik və bacarıqları üzə çıxarılmışdır.Açıq dərs məktəb müdriyyəti, sinif və ixtisas müəllimləri tərəfindən dinlənilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi