"21 Fevral Beynəlxalq Ana dili günü" ilə əlaqədar "Ana dilimizi sevək , sevdirək" adlı tədbir keçirilib

19.02.2016 cı il tarixində məktəbdə " 21 Fevral Beynəlxalq Ana dili günü" ilə əlaqədar III sinfin iştirakı ilə "Ana dilimizi sevək , sevdirək" adlı tədbir keçirilib. Tədbirdə şagirdlər ana dilimizin gözəlliyindən , onun şirinliyindən, doğma dildə danışmağın vacibliyindən bəhs etdilər. Onlar çıxışlarında qeyd etdilər ki, "Fevralın 21-i bütün dünyada "Ümumdünya Ana Dili Günü" kimi qeyd olunur. Bu gün 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsüylə YUNESKO tərəfindən "Ümumdünya Ana Dili Günü" elan edilib. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən "Beynəlxalq Ana dili günü" hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Tədbirdə şagirdlər tərəfindən ifa olunan mahnılar, şerlər Azərbaycan dilinin nə qədər gözəl dil olduğunu bir daha sübut etdi. Şagirdlər Nizami Gəncəvinin "Kərpickəsən kişinin dastanı" əsərlərindən, Abdulla Şaiqin, Mikayıl Müşfiqin "Şəngülüm, Şüngülüm, Məngülüm" nağıllarından səhnəcilkər göstərdi. Tədbirin sonunda məktəbin direktoru Narınc Mehtiyeva çıxış edərək bildirdi ki Azərbaycan dili çox gözəl birdildir. Onu yad ünsürlərdən qorumaq hamını borcudur. O, həmçinin şagirdlərə belə bir tövsiyyə etdi ki, gəlin Azərbaycan dilini sevək və sevdirək , öz ana dilimizdə danışmağa çalışaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi