"Azadlıq aşiqləri günü - 20 Yanvar” Respublika uşaq rəsm müsabiqəsində şagirdlərimizin uğuru.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə azadlıq mübarizəmizin parlaq səhifələrindən olan 1990-cı il 20 yanvar hadisələri zamanı xalqımızın nümayiş etdirdiyi əzmi və fədakarlığı bir daha unutdurmamaq məqsədi ilə “Azadlıq aşiqləri günü - 20 Yanvar” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi 17 yanvar 2019-cu il saat 16:00-da Xətai Sənət Mərkəzində keçirildi.
Nəzərinizə çatdırırıq ki, müsabiqəyə 400-ə yaxın uşaq, 700-ə qədər əsər təqdim etmişdir. Sərgidə münsiflər heyətinin seçimi ilə 110 uşağın 120-yə qədər əsəri həmçinin, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı ilə 20-dən artıq yeniyetmə və gəncin qanlı yanvara aid əsəri, o cümlədən, 20 yanvar hadisələrinin canlı şahidi Əməkdar rəssam Rəfael Muradovun “Qara Yanvar” əsəri sərgiləndi.
Müsabiqədə iştirak edən IXa sinif şagirdi Fəttahova Aytən və VIIIb sinif şagirdi Yusifova Nigarin 20 yanvara həsr etdikləri rəsmləri diplomla təltif edildi.