"20 Yanvar" faciəsi məktəbimizdə anıldı

Sovet rəhbərliyi Azərbaycanda güclənən ümumxalq etirazını boğmaq,ictimai-siyasi prosesləri nəzarətdə sxlamaq üçün hərbi qüvvədən istifadə olunması haqqında qərar qəbul etdi. SSRİ Ali Soveti Rəyasət Heyəti 1990-cı ildə yanvarın 20-dən *Bakı şəhərindəfövqəladə vəziyyət  tətbiq edilməsi haqqında* fərman verdi.Lakin yanvarın 19-da axşam Bakıda Azərbaycan Televiziyasının enerji bloku qəsdən partladıldığı üçün əhali bu fərmandan xəbər tutmadı.

Yanvarın 20-nə keçən gecə Sovet ordusu Bakı üzərinə müxtəlif istiqamətdən hücuma başladı.Hərbi qüvvələrin Bakıya yeridilməsinə etiraz əlaməti olaraq şəhərin giriş yollarında barrikadalar qurmuş sakinlərin üzərinə tanklar yeridildi,əhali atəşə tutuldu.Yüzlərl dinc sakin öldürüldü və yaralandı.

Azərbaycan xalqı 20 Yanvar hadisələrində dinc ə

haliyəqanlı divan tutan Sovet İttifaqının tərkibində qalmağın heç bir mənasının olmadığını, yalnız müstəqil dövlətçiliyi bərpa etməklə öz hüquqlarını qorumağın mümkün olduğunu aydın dərk etdi. Sovet rejiminə qarşı etimadsızlıq dərinləşdi.

20 Yanvar hadisələri ərəfəsində Ə.Vəzirov Azərbaycana rəhbərlikdən çəkildi və Bakını tərk etdi. Mərkəzin göstərişi ilə Ayaz Mütəllibov Azərbaycan KPMK-nın birinci katibi vəzifəsində fəaliyyətə başladı. 1990-cı il mayın 19-da Azərbaycan prezidenti vəzifəsi təsis edildi və A.Mütəllibov Azərbaycan Ali Sovetinin sessiyasında bu vəzifəyə seçildi.

1990-ci il iyulun 20-də Heydər Əliyev Bakıya gəldi. Xalqın ona böyük ümidlər bəsləməsini, xilaskar kimi qəbul etməsini Azərbaycan rəhbərliyi qısqanclıqla qarşıladı və Bakıda yaşamasına imkan vermədi. Naxçıvan əhalisinin dəvəti ilə Heydər Əliyev Naxçəvana getdi və dəyərli məsləhətləri ilə Muxtar Respublikanın çox ağır günlərində əhalinin üzləşdiyi mürəkkəb problemlərdən çıxış yolları tapmasına yardım göstərdi.

20 Yanvar faciəsinin bütün tarixi məktəbimizdə keçirilən tədbirdə anıldı, şagirdlərimiz bu qanlı faciəni öz şeirlərində əks etdirdilər. 

Allah 20 Yanvar faciəsində vətən uğrunda canından keçən şəhidlərimizə rəhmət etsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi