Məktəbimizin növbəti uğuru

Məktəbimizin V a sinif şagirdi Yusubov Turan Qarabağ oğlu artıq bir neçə ildir ki,karate idman növü ilə məşğul olur. Yarışlara qatılaraq uğurlar qazanır.Təkcə Bakı şəhəri üzrə deyil Beynəlxalq yarışlara  qatılaraq həm ölkəmizi, həm məktəbimizi layiqincə təmsil edir.

Yusubov Turan 08.05.2016-ci ildə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Seiubukai Kontak Karate üzrə VIII Bakı  şəhər Açıq Çempionatında 25 kq çəki dərəcsində II yerə,

17.07.2016-cı ildə VI Açıq Abşeron rayon turniri 25 kq çəki dərəcəsində I yerə, 

19/21.08.2016-cı ildə Seiubukai Kontak Karate İdman Klubunun təsis etdiyi Karatenin əsas üsul və texnikasının başa vurduğuna görə narıncı kəmər 10 kyu dərəcəsinə yiyələnib.

17.07.2016-ci ildə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə VI açıq Abşeron rayon turnirində 25 kq çəki dərəcəsində I yerə,

06.11.2016-ci ildə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Seiubukai üzrə Bakı şəhər açıq kubokunda I yerə,

11.12.2016-cı ildə Gürcüstanda keçirilən XVI açıq Gürcüstan turniri və Kiyoksin karate uzrə I yerə,

14.01.2017-ci ildə Seiubukai Kontakt Karate İdman klubunun karatenin əsas üsul və texnikasını başa vurduğuna görə göy kəmər 8 kyu dərəcəsinə,

05.02.2017-ci ildə Xocalı soyqırımına həsr olunmuş VIII açıq turnirində 27kq cəki dərəcəsində I yerə,

19.03.2017-ci ildə Seiubukai Kontakt Karate növü üzrə IX açıq klub çempionatında 25kq çəki dərəcəsində I yerə,

08.04.2017-ci ildə Seiubukai Kontakt Karate İdman klubunun karatenin əsas üsul və texnikasını başa vurduğuna görə göy sarı kəmər 7 kyu dərəcəsinə,

07.05.2017-ci ildə IX Bakı şəhər açıq çempionatında I yerə,

28.05.2017-ci ildə Seiubukai Kontakt Karate üzrə Kuboklar arası IV açıq Azərbaycan kuboku 30 kq çəki dərəcəsində I yerə,

23.07.2017-ci ildə VII Abçeron rayon açıq turniri 27 kq çəki dərəcəsində I yerə,

05.11.2017-ci ildə Bakı şəhər açıq kuboku I yerə,

20.01.2018-ci ildə Gürcüstanda keçirilən Tayboksing Kikboksing çempionatında,

11.02.2018-ci i9ldə Xocalı Soyqırımına həsr olunmuş Seiubukai Kontakt Karate üzrə IX açıq turnirində 32 kq çəki dərəcəsində I yerə,

01.04.2018-ci ildə Seiubukai KJontyakt Karate İdman Klubunuin Katratenin əsas üsul və texnikasını başa vurduğubna görə sarı kəmər 6 kyu dərəcəsinə,

06.05.2018-ci ildə Bakı Şəhər Gənclər və Baş İdarəsinin təşkilatçılığı ilə Bakı şəhər açıq turnirində 30 kq çəki dərəcəsində I yerə 

30.09.2018-ci ildə  Kiyoksin Karate üzrə Bakı şəhər açıq turnirində 30 kq çəki dərəcəsində I yerə 

28.10.2018-ci ildə Azərbaycan Respublikasının və Kyokşin Karate Federasiyasının təşkil etdiyi yarışda IV kyu dərəcəsində yaşıl kəmər almışdır.

Yusubov Turan 9 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının və Kyokşin Federasiyasının  birlikdə layihələndirdiyi XX açıq Azərbaycan Çempionatında II yerə çıxmışdır.

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Aslan İdman Klubunun təşkil etdiyi Kyokşin Karate bolməsində *İlin ən yaxşı İdmançısı* adına layiq görülmüşdür.

Yusubov Turanın az müddətdə qazandığı uğurlara məktəbimizin direktoru Esmira Məmmədova,sinif rəhbəri Aynurə İbrahimxəlilova və bütün  kollektivi də sevinir.Şagirdimizə gələcək yarışlarda uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi