"Oriqami " uşaqları sevindirdi
Artıq bir neçə ildir ki, "Oriqami" Uşaq və Yeniyetmələrin İctimai Azərbaycan Gənclər Fondunun dəstəyi ilə məktəblərdə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bir sıra tədbirlər keçirir. Bu günlərdə məktəbimizin şagirdləri ilə də belə bir tədbir keçirildi.Tədbiri g "Oriqami" Uşaq və Yeniyetmələrin İctimai birliyinin rəhbəri Namiq Nəcəfov giriş sözü ilə açaraq uşaqlar üçün belə bir şərait yaratdığına görə başda Azərbaycan Gənclər Fonduna , sonra məktəb rəhbərliyinə minnətdarlığını bildirdi.Tədbir əyləncəli fiziki idman oyunlarından və düşündürücü məntiq oyunlarından ibarət idi. Şagirdlər həm fiziki, həm də əqli güclərindən istifadə edərək müsabiqələrdə iştirak etdilər. Sonda şagirdlərə hədiyyələr paylandı.