Gənc rəssamımızın uğuru

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində elan olunmuş “Azərbaycan təsviri sənətində qrafika dünən və bu gün” adlı Respublika rəsm müsabiqəsinin yekun sərgisi “Qrafika 2019” adı altında Xətai Sənət Mərkəzində keçirilmişdir.
Müsabiqəyə 380-dan çox qrafika və qrafika yönlü əsərlər təqdim olunmuş, 76 əsər seçilərək sərgidə iştirak etmək şansı qazanmışdır. IX "A" sinif şagirdimiz Fəttahova Aytənin də qrafika növündə təsvir etdiyi əsəri sərgidə nümayiş olunaraq diplomla təltif olunmuşdur. Şagirdimizi təbrik edir, uğurlar arzulayırıq.
Xatırlatmaq lazımdır ki, sərgi 18 yanvar tarixinədək davam edəcəkdir
.http://https://m.youtube.com/watch?v=rCeei1UXYPA
http://frame.az/ilin-ilk-s%c9%99rgisi-qrafika-ustalarini-bir-araya-g%c9%99tirdi/
http://olaylar.az/news/medeniyyet/314158