Rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı

Məktəbimizdə "YENİ İL" və "31 Dekabr dünya azərbaycanlılarının Həmrəylik Günü" münasibəti ilə tədbir keçirildi. Tədbirdə istedadlı şagirdlərimizin yeni il və həmrəylik gününə həsr etdikləri bir-birindən fərqli, rəngarəng kompozisiyaları sərgiləndi. Məktəbimizdə əlamətdar günlərə həsr olunan rəsm sərgilərində fəal iştirak edən gənc rəssamlarımız- Babayeva Şəms (XIb), Əliyeva Nuranə (Xa), Fəttahova Aytən (IXa), Məlikova Zeynəb (VIIIb), Quluzadə Fatimə (IXc), Allahverdiyev Xalid (XIb), Yusifova Nigar (VIIIb) diplomla təltif edildi. Direktor Esmira xanım Məmmədova istedadlı şagirdlərimizə yaradıcılıq uğurları arzulayaraq onları təbrik etdi.