Diplomlar təqdim edildi

"DOĞMA DİYAR" adlı respublika uşaq rəsm müsabiqəsində uğurlu əl işləri ilə iştirak edən Fəttahova Aytən (lX a) və Quluzadə Fatimə (lX c) məktəb direktoru Məmmədova Esmira xanım tərəfindən şagirdlər və müəllim kollektivi qarşısında diplomları təqdim edilərək, təbrik edildi. Esmira xanım, istedadlı şagirdlərin yaradıcılıq fəaliyyətlərini yüksək qiymətləndirdiyini söyləyərək onlara uğurlarının davamlı olmasını arzuladı.