Gənc rəssamlarımızın "DOĞMA DİYAR" rəsm müsabiqəsində uğuru

          20 dekabr tarixində   Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı,   Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3  nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə  “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “DOĞMA DİYAR”  Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi Xətai Sənət Mərkəzində keçirildi.
Tədbiri  Giriş sözü  ilə  açan   Fəlsəfə və Elmlər Namizədi Sənətşünas Samir Sadiqov  sərginin əhəmiyyətindən danışdı və uşaqlara xoş arzularını dilədi. Bundan başqa  Azərbaycan Rəssamlar İttifaqının katibi Professor Ağaəli İbrahimov, Sənətşünas Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev,  Dövlət  Rəsm  Qalereyasının    direktoru Qalib  Qasımov, Əməkdar rəssam Rəfael Muradov, Rəssam Emin  Akifoğlu, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış etdilər.
         12 -17  yaş  arası  uşaqlar arasında  135 uşağın 140 işi     təqdim  olunan  tədbirdə  uşaqlarda estetik zövqün formalaşması, onların bədii yaradıcılığının  stimullaşdırılması, ətraf mühitə münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsi, vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə  keçirilən müsabiqədə  uşaqlar yaşadığı yerin (şəhərin, rayonun, kəndin) təbiət mənzərələrini, tarixi abidələrini,  mətbəx nümunələrini, səciyyəvi geyim tərzini, qəhramanlarının  obrazlarını  və s. öz  duyğuları  ilə  tablolarında  əks  etdirmişlər
     Müsabiqədə məktəbimizin istedadlı şagirdləri Fəttahova Aytən (IX"A"), Quluzadə Fatimə  (lX"C") uğurla iştirak edərək, diplomla təltif olundular. Şagirdlərimizə yaradıcılıq uğurları arzulayırıq.
      

  https://azertag.az/xeber/Dogma_diyar_resm_musabiqesinin_yekun_sergisi_achilib-1226626

  http://olaylar.az/news/medeniyyet/311999

  http://azpress.az/index.php?lang=az§ionid=news&id=85722

  https://m.youtube.com/watch?v=mKZvnqtoiwY&feature=share

  https://m.youtube.com/watch?v=EnU9qcykgTY

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi