Dəyirmi masa keçirildi

Ümumilli lider Heydər Əliyevin anım günü münasibəti ilə məktəbdə müəllimlərlə dəyirmi masa keçirildi. Tədbir iştirakçıları ümumilli lideri 1 dəqiqəlik sükutla yad etməklə tədbirə başladılar. Müəllimlər, kitabxana işçiləri Heydər Əliyevlə bağlı fikirlərini bölüşdülər, onun həyat və fəaliyəti ilə, dünya siyasətçiləri arasında apardığl siyasətlə bağlı söhbət apardılar. Tarix müəllimi Əhəd Rzayev qeyd edti ki, Heydər Əliyev dünya miqyasında qəbul edilən böyük bir şəxsiyyət idi. Azərbaycanın ilk müstəqillik illərində dünyada tanınması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dünya miqyasında layiq olduğu mərtəbəyə məhz Ulu Öndərinin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Onun parlaq dühası və iti zəkası sərhəd tanımır, Azərbaycanın hüdudlarını aşırdı.Onun apardığı islahatlar təkcə dövlətçilik sahəsində deyil, eləcə də idman, mədəniyyət, iqtisadiyyat, gənclərlə bağlı islahatları da olmuşdur.