"Narkomaniya və onun fəsadları" barədə seminar keçirildi

                         Hər il məktəblərdə polis orqanları tərəfindən zərərli vərdişlər və narkomaniya barədə seminarlar keçirilir. Şagirdlərin  bu vərdişlərdən uzaq durmaları üçün müəyyən məsləhətlər verilir, fəsadları barədə videoçarxlar nümayiş etdirilir. Sabunçu rayon 14-cü Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə yuxarı sinif şagirdləri arasında antinarkotik təbliğatının gücləndirilməsi məqsədilə maarifləndirmə tədbirləri keçirildi.Tədbirdə rayon polis idarəsinin YYÇPİTB-nin rəisi, polis mayoru Əli Babayev , 14-cü polis bölməsinin rəisi polis polkovnik leytenantı Zaur Məmmədov, həmin bölmənin inspektoru polis mayoru Rəşad İsmayılov iştirak edirdilər. Tədbir iştirakçıları narkomaniyanın yayılması, fiziki və mənəvi təsirləri, narkomaniyaya qarşı mübarizənin son durumu ilə bağlı çıxışlar etdilər.Tədbirdə həmçinin narkomaniya və onun acı fəsadları barədə təbliğat xarakterli videoçarx nümayiş olundu. Seminarın sonunda şagirdləri maraqlandıran antinarkomaniya ilə bağlı sualları cavablandırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi