Məktəbdə sanitar gigiyenik qaydalar
Artıq qış fəslidir. Havaların soyuması nəticəsində bir çox epidemiyalar, xəstəliklər meydana çıxır. Təbii ki,hər bir immuniteti zəif insan bu xəstəliklərə asanlıqla tutulur. Xüsusilə məktəblərdə bu halla daha tez-tez qarşılaşırıq. Bu cür hallarda məktəblərdə şagirdlərin sayında azalma müşahidə olunur. Bu səbəblə məktəblərdə bir çox sanitar gigiyenik qaydalara riayət etmək üçün təlimlər keçirilir.
Bu gün məktəbimizdə də bu cür təlimlər keçirildi. Məktəbimizin tibb bacısı Zinyət Mirzəyeva ibtidai və yuxarı sinif şagirdləri ilə "Xəstəliklərlə necə mübarizə aparmaq lazımdır" mövzusunda söhbət apardı.
Z. Mirzəyeva onu da qeyd etdi ki, xəstəliklərdən qorunmaq üçün ilk növbədə sanitar gigiyenik qaydalara mütləq əməl olunmalıdır. Bu qaydalara kiçik siniflərdən başlamaq və onlara bunu aşılamaq daha məqsədəuyğundur.