X-XI siniflərlə QİÇS-lə mübarizə günü barədə söhbət aparıldı

    Qazanılmış İmmun Çatışmazlığı Sindromu - İİV (İnsanda İmmunçatışmazlığı Virusu) infeksiyası fonunda inkişaf edən və CD4+ limfositlərinin  azalması ilə xarakterizə olunan, mahiyyəti etibarilə İİV infeksiyasının son mərhələsi. QİÇS-in təzahür formaları özünü çoxsaylı opportunistik yoluxucu və qeyri-yoluxucu xəstəliklərlə biruzə verir. Sadə şəkildə desək, bu virusa yoluxmuş insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. Bu xəstəliklər ölümə nəticələnir.

    Məktəbin tibb bacısı Mirzəyeva Zinyət X-XI sinif şagirdləri ilə 1 dekabr Ümumdünya QİÇS günü ilə bağlı söhbət apardı. Z.Mirzəyeva  İİV/QİÇS-lə mübarizənin gücləndirilməsi, insanların öz İİV-statusuna dair məlumatlandırılması, biliklərin artırılması, yoluxma hallarının erkən aşkarlanması və profilaktikasının genişləndirilməsi haqqında söylədi. O, qeyd etdi ki, 1988-ci ildən hər il 1 dekabr  Ümumdünya Qiçslə mübarizə günü kimi qeyd edilir.

    QİÇS-in yaranma səbəblərindən söhbət aparıldı. Qeyd edildi ki, ən çox bu virusa zərərli vərdişlərdən istifadə edən şəxslər yoluxur. QİÇS-dən qorunmağın yeganə yolu sağlam həyat tərzi keçirmək və təsadüfi adamlarla münasibətlərdə ehtiyatlı olmaqdır.

    Hər bir şagird məktəb vaxtından bu məlumatları bilməli və sağlam həyat tərzini seçməyə qadir olmalıdır

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi