9 Noyabr Bayraq günü

Bayraq mənliyimdir,Bayraq kimliyim
Bayraq öz yurduma öz hakimliyim
Bu misralarda qeyd olunduğu kimi hər bir dövlətin bayrağı həmin ölkənin kimliyidir. Ona görə də hər bir insan bayrağını sevməli, onunla qürur duymalı, bayrağını canı bahasına qorumalıdır.
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası iclasında qəbul edilmişdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 5 fevral 1991-ci ildə Respublikanın Ali Soveti tərəfindən Azərbaycanın dövlət rəmzi olaraq təsdiq edilmişdir.
Bayrağımızdakı üç rəng milli istiqlal ideologiyamızın üç təməl prinsipini - türkçülük, islamçılıq və müdriklik düsturunu ifadə edir.
Hər il 9 Noyabr bütün Respublikada, prospektlərdə, küçələrdə və bir çox yerlərdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Həmçinin bizim məktəbimizdə də çoxlu tədbirlər, rəsm sərgiləri təşkil olunub.
Ümumiyyətlə hər bir Azərbaycan vətəndaşı Azərbaycanın milli atributlarına həmçinin də bayrağımıza hörmətlə yanaşmalı, onu hər zaman zirvələrə qaldırmağa çalışmalıdır. Bu bir Azərbaycan vətəndaşı kimi hamımızın borcudur.