9 Noyabr Bayraq günü münasibətilə rəsm sərgisi təşkil edildi

 9 Noyabr Bayraq günü münasibətilə istedadlı şagirdlərin rəsm işlərindən ibarət sərgi təşkil edildi. VI, VII, VIII, IX sinif şagirdləri "Bayrağımız qürur mənbəyimizdir" mövzusunda bir-birindən maraqlı kompozisiyalar təsvir etdilər. Rəsmlərdə müxtəlif texnikalardan - akvarel, rəngli karandaş, quaş  və s.  məharətlə istifadə edən gənc rəssamlar Azərbaycan Bayrağının ucalığını, əzəmətini, müstəqilliyini "rənglərin dili ilə" tərənnüm etdilər.  İstedadlı şagirdlərimizin mövzu  üzrə yaratdıqları kompozisiyalar məktəb kollektivi və şagirdlər tərəfindən rəğbətlə qarşılanmışdır. Təsviri incəsənət müəllimi Aybəniz Pənahova əlamətdar günlərə həsr edilən rəsm sərgilərinin il ərzində müntəzəm olaraq təşkil ediləcəyini qeyd etdi.

Şagirdlərimizə yaradıcılıq uğurları arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi