Ən yaxşı kitabxanaçı

Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Elmi Pedaqoji Kitabxanasının təşkil etdiyi 29 oktyabr 2018-ci il tarixli "Beynəlxalq Məktəb Kitabxanaları günü" ilə bağlı keçirdiyi tədbirdə Sabunçu rayonu üzrə ən yaxşı kitabxanaçı nominasiyasında Bakı şəhəri Sabunçu rayonu 108№li məktəbin kitabxanaçısı Ələkbərova Ofella Azər qızı "Ən yaxşı kitabxanaçı" fəxri adı ilə təltif edilib. Ofella xanımı təbrik edir, işlərində uğurlar arzu edirik.