"Bilik günü" qeyd edildi
15 sentyabr respublikamızın bütün məktəblərində ""Bilik günü " kimi qeyd olunur. 2018-2019-cu tədris ilinə qədəm qoyuruq. Ötən ilki nailiyyətlərimiz məktəbimizə qürur hissi yaşatdı.Məktəbi bitirmiş 31 nəfər məzundan 24 nəfəri respublikanın müxtəlif ali məktəblərinə daxil olmuş, onların içində bu il məktəb tarixində ilk dəfə qızıl medala layiq görülmüş məzunumuz da var. Məktəb kollektivi olaraq növbəti tədris ilində çalışacağıq ki, ötən illərlə müqayisədə daha əzmlə çalışaraq savadlı şagirdlərimizin sayını artıraq.
Ümumilli lider demişkən :"Gənc nəslin Azərbaycan bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi məktəbin əsas vəzifəsidir." Biz də məktəb kollektivi olaraq bu tərzdə iş aparmağı planlaşdırırıq.
"Bilik günü" nə həsr edilmiş tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Sonra məktəbin yeni təyin edilmiş direktoru Esmira Məmmədova məktəbə qədəm qoyan birinciləri, onların valideynlərini və hər kəsi təbrik etdi, onlara xoş arzularını bildirdi. Daha sonra söz məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Umxanım Qasımovaya verildi.O da öz növbəsində məktəbin ötən ilki uğurlarından danışdı. Tədbirə qatılan məzunlar da öz çıxışlarında on bir il onlara dərs deyən müəllimlərinə öz minnətdarlıqlarını bildirdilər.
"Bilik günü" münasibəti ilə hər kəsi təbrik edirik, yeni tədris ilində müvəffəqiyyətlər arzu edirik.