Məktəbdə 20 yanvar faciəsi ilə bağlı açıq dərs keçirilib

19.01.2016 cı il tarixdə məktəbin VIII sinifində 20 yanvar faciəsi ilə bağlı "20 yanvar -Milli qüuru günümüz" adlı açıq dərs keçirilib. Dərs şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başladı.Tarix müəllimi Rzayev Əhəd həmin günün dəhşətləri barədə şagirdlərə dolğun məlumat verdi. o çıxışında qeyd etdi ki , 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir.20 Yanvar faciəsi törədilən zaman Azərbaycan xalqı ağır iflic vəziyyətinə və informasiya blokadasına salınmışdı, radio, televiziya susdurulmuş, onun enerji bloku silahlı hərbiçilər tərəfindən vəhşicəsinə partladılmış, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. Azərbaycan sakit və ölü bir dənizə bənzəyirdi. Xalq ağır və dəhşətli faciədən xəbərsiz idi. Görünməmiş qəddarlıqla keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan 133 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar olmuşdur. Şagirdlərdə öz növbəsində həmin günlə bağlı öz fikirlərini söylədilər. Dərs zamanı göstərilən slaydlarda həmin günün hadisələri gözlər önündə canlandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi