Məktəbdə Son zəng tədbiri keçirildi
Iyunun 14-ü XI sinif şagirdlərinin yaddaşından silinməyən bir gündür. Bütün XI sinif şagirdləri üçün son zəng çalındı. Bu gündən artıq onlar məktəblə vidalaşır, müstəqil həyata qədəm qoyurlar. Qarşıda onları enişli-yoxuşlu həyat yolları gözləyir. Şagirdlər hazırladıqları tədbirlə məktəb rəhbərliyinə və müəllimlərə öz ürək sözlərini bildirdilər.Tədbirdə müəllim, şagird və valideynlərlə yanaşı Maştağa Bələdiyyəsinin sədri İlqar Qurbanov da iştirak edirdi. Şagirdlərin ifasından sonra məktəb rəhbərliyi , valideynlər, qonaqlar çıxış edərək məzunlara öz ürək sözlərini bildirdilər.Tədbirin sonunda məktəbin "Bilik açarı "nı bu il məktəbi qızıl medala namizəd və fərqlənmə attestatı ilə bitirən, ali məktəbə qəbul imtahanının birinci mərhələsində 613 bal toplamış XI sinif şagirdi İsmayllı Orxan I sinif şagirdi Əliyev İsgəndərə təqdim etdi.