1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd edildi

        Uşaqlar dünyanın sevincidir. Hər bir ailə övladlarının xoşbəxt , firavan, savadlı, tərbiyəli bir övlad kimi böyüməsini istəyir. Bu böyük yükün yarısı valideynin çiyinlərinə düşsə də, digər yarısı məktəbin  üzərinə düşür. Biz çalışmalıyıq ki, həm Vətənə, həm ailəyə, həm də cəmiyyətə layiqli övladlar yetişdirək. Məktəbin balaca fidanları olan I siniflərin iştirakı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd edildi. Şagirdlər bayramlarına böyük həvəslə hazırlaşmışdı. Kimisi şeir söylədi, kimisi rəqs etdi beləcə bayramlarını şən qeyd etdilər. Əziz balacalar bayramınız mübarək həmişə belə şən gülərüzlə bayramlarınızı qeyd edəsiz!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi