Fərdi rəsm sərgiləri yekunlaşdırıldı

                2017-2018-ci tədris ili ərzində təşkil edilən istedadlı şagirdlərin fərdi rəsm sərgilərinin may ayının iştirakçıları diplomlarla təltif olundu. Layihə  çərçivəsində 20 - dək  istedadlı gənc rəssamların müxtəlif mövzularda təsvir etdikləri kompozisiyalar məktəb koılektivinin nümayişinə təqdim olunmuşdur. May ayında isə 6"B"  sinif şagirdləri Rüstəmli Fidan, Rüstəmli Aydan, Məmmədzadə Fəridənin bir-birindən rəngarəng rəsmləri sərgilənmişdir. Ayın sonunda şagirdlərin uğurları məktəb rəhbərliyi və təsviri incəsənət müəllimi Pənahova Aybəniz  tərəfindən yüksək qiymətləndirilmişdir. 
           Pənahova A. müəllim layihəni təşkil etməklə tədris ili ərzində istənilən nəticəni əldə etdiyini qeyd etdi. Belə ki,  fərdi sərgilərin təşkili şagirdlərdəki potensial imkanlarını aşkar etmiş,  inkişaf etmələrinə səbəb olmuşdur. Yaradıcı gənclərin üzə çıxarılması istiqamətində bu kimi layihələrin müntəzəm olaraq təşkil edilməsi şagirdlərin inkişafina təkan verən amillərdəndir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi