Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olundu

                        Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tədbirlər planına uyğun olaraq Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünün qeyd edilməsi ilə bağlı məktəbin tərtib etdiyi tədbirlər planına əsasən bir sıra işlər görülmüşdür.  Cümhuriyyətin 100 illiyinə həsr edilən divar qəzetləri hazırlanmış, dərslər keçirilmiş, stendlər hazırlanmışdır. Uşaq Birliyi Təşkilatı rəhbəri Qulieva İlahə tərəfindən hazırlanmış tədbir Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı və  Cümhuriyyət dövründə Azərbaycanda baş verən hadisələr, qəbul edilmiş qanunlar barədə məlumat verilərək davam etdi. Məhəmməd Əmin Rəsulzadə və ətrafında olan dahi şəxsiyyətlərin Azərbaycanın müstəqilliyi üçün apardıqları mücadilədən söhbət açdılar. Şagirdlər Azərbaycana həsr edilən şeirlər söylədi.Şən musiqi və rəqslərlə tədbir davam etdi.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi