"Azərbaycan Xalq Cümhuriyyəti 100" mövzusunda divar qəzeti müsabiqəsi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünün qeyd edilməsi ilə bağlı tədbirlər planına əsasən "Azərbaycan Xalq Cümhuriyyəti 100" mövzusunda divar qəzeti müsabiqəsi keçirildi. Müsabiqədə IV-XI siniflər iştirak edirdi. Hər bir sinif hazırladığı divar qəzetini sərgiyə təqdim etdi. Divar qəzetinin məzmunu və tərtibatı müsabiqənin əsas şərtlərindən biridir.