Şuşasız 26 il...

         Azərbaycanın dilbər guşələrindən olan Şuşa  şəhəri 1992- ci il  mənfur düşmənimiz ermənilər tərəfindən işğal edilib.  Artıq 26 ildir ki  Şuşa düşmən torpağı altındadır. Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə malik ərazisi olan Şuşanın ələ keçirilməsi ilə Qarabağın   işğalı başa çatdı.

              Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.

               Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.  Ümumilikdə, Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.

  Məktəbdə də   müxtəlif fənn müəllimləri dərslərini Şuşaya həsr etdilər.Sinif təşkilat saatları Şuşa şəhərinin işğalına həsr edildi. Bəzi siniflərdə Şuşaya aid videolar sənədli filmlər nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi