"Şəmsin rəngli dünyası"

İstedadlı şagirdlərin aşkar edilməsi və potensial imkanlarının inkişaf etdirilməsi məqsədilə 3 May 2018-ci il tarixində Bakı şəhəri 108 №-li tam orta məktəbin Xb sinif şagirdi Babayeva Şəmsin Maştağa Mədəniyyət Mərkəzində fərdi rəsm sərgisi təşkil edildi. Gənc rəssamın 50-dən çox müxtəlif texnikalarda-akvarel, quaş, yağlı boya, tuş, sangina, vitraj və s. təsvir etdiyi tablolar rəng həllinə, kompozisiya quruluşuna, məzmun müxtəlifliyinə görə bir-birindən maraqlı idi.

108№-li məktəbin təsviri incəsənət müəllimi Aybəniz Pənahova çıxışında şagirdlərinin, eləcə də Babayeva Şəmsin indiyə qədər iştirak etdiyi rəsm müsabiqələrindən əldə etdiyi nailiyyətlərdən söhbət açdı. Belə ki məktəbdə təhsil alan şagirdlərin yaradıcı imkanlarının aşkarlanması və inkişaf etdirilməsi üçün onların müxtəlif müsabiqələrdə, sərgilərdə davamlı iştirakının təmin edildiyini vurğuladı. Xüsusi rəsm qabiliyyəti olan şagirdlərin təkcə ölkədaxili deyil, hətta beynəlxalq rəsm müsabiqələrində də iştirak edib, nailiyyətlər qazanması bu sahədə görülən işlərin nəticəsi olduğunu qeyd etdi. A.Pənahova şagirdlərin istedadlarının inkişaf etdirilməsi istiqamətində dəstəyini əsirgəməyən 108№-li məktəbin direktoru Böyükağa Əhmədova və sərginin keçirilməsi üçün yaratdığı şəraitə görə Maştağa Mədəniyyət Mərkəzinin rəhbəri Tofiq Dadaşova təşəkkürünü bildirdi.

Tədbirdə 128, 255, 187, 209, nömrəli məktəbin direktorları,Milli Məclisin deputatı Dilarə Cəbrayılova Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil sektoru məsləhətçisi Yaqut Məmmədova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov, Maştağa Bələdiyyəsinin sədr müavini Ağanəcəf Qədirov, 108№-li məktəbin direktoru olmuş Məhərrəm Həsənzadə, Azərbaycanın görkəmli rəssamı, Rəssamlar İttifaqının üzvü Mirteyyub Xəlilov iştirak edirdi. Qonaqlar çıxışlarında gənc rəssamın əsərlərinə münasibət bildirərək, gənc rəssama yaradıclıq uğurları arzuladılar.

Sonda məktəbin direktoru B.Əhmədov Babayeva Şəmsi fərdi sərgisindəki uğurlu iştirakına görə diplomla, Pənahova Aybəniz müəllimi isə istedadlı və gənc rəssamların üzə çıxarılmasında və sonrakı inkişafında xidmətlərinə görə təşəkkürnamə ilə təltif etdi. 

http://www.sabunchu-ih.gov.az/news/652.html     

  http://az.baku-art.com/index.php?newsid=22360#.WvBK7xmn00N

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi