"Oxu günü" tədbirində
Hər il olduğu kimi bu il də təşkil olunan "Oxu günü" tədbirində məktəbimizin X "A" və "B" şagirdləri və müəllimləri iştirak etmişlər. Təşkil olunmuş tədbirin məqsədi uşaq və yeniyetmələr arasında mütaliə vərdişlərinin, mütaliəyə marağın artırılması olub.“Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən tədbirdə paytaxtın 40-dan artıq ümumtəhsil məktəb və liseyinin şagirdləri, məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaqlar müxtəlif təqdimatlarla çıxış ediblər. Məktəblilər bədii əsərlər əsasında hazırlanmış səhnəcik və tamaşalar, musiqili kompozisiyalar, rəsm əsərləri təqdim ediblər. Şagirdlər intellektual yarışlarda iştirak edib, fləşmob keçiriblər.