31 mart azərbaycanlıların soyqırımının 100 -cü illdönümü qeyd edildi
Bakı şəhər üzrə Təhsil İdarəsinin "1918-ci il 31 mart azərbaycanlıların soyqırımının 100-cü ildönümünün qeyd edilməsi barədə" əmrinə əsasən məktəb üzrə tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına əsasən 1918-ci il 31 mart soyqırımının qeyd edilməsi ilə əlaqədar siniflərdə xüsusi dərslər keçirilmiş, sinif təşkilat saatları soyqırıma həsr edilmişdir. Bir neçə siniflərdə divar qəzetləri hazırlanmışdır. "31 mart soyqırımı Azərbaycanın tarixində sağalmaz yaradır " mövzusunda inşa yazı müsabiqəsi keçirildi. Şagirdlərin məlumatlandırılması üçün məktəbin foyesində mart hadisələrindən bəhs edən məlumat lövhəsi hazırlandı. Tarix dərslərində mart hadisələrinə xüsusi yer ayrıldı. "Tariximizi unutmayaq" adlı şeir müsabiqəsi keçirildi.Tarix dərslərində soyqırıma həsr edilən videoçarxlar, filmlər nümayiş etdirildi.
H.Abbasov adına Maştağa Mədəniyyət Mərkəzində 1918-ci il 31 mart soyqırımına həsr edilən tamaşa hazırlanmışdı. Tamaşada məktəbimizin bir neçə şagirdləri də iştirak edirdi. Onlar hazırladıqları kiçik tamaşa ilə soyqırım qurbanlarını yad etdi.
Azərbaycan xalqı zaman zaman bir çox faciələrin qurbanı olub, bır sıra zülmlərə tab gətirib. Lakin sonda xalqın əzmi, iradəsi bahasına ayaqda durmağı bacarıb.Biz çalışmalıyıq ki, başımıza gətirilən bu faciələrin, zülmlərin, haqsızlıqların qisasını layiqincə alaq. Yoxsa bu yolda qurban gedən şəhidlərimiz bizi bağışlamaz.