"Mən tolerantlığı necə başa düşürəm" mövzusunda dəyirmi masa

30 noyabr 2015-ci il tarixində məktəbdə “Mən tolernatlığı necə başa düşürəm ” mövzusunda VIII siniflərin iştirakı ilə dəyirmi masa keçirildi. Məktəbin tarix müəllimi Abbasova Aynur bu barədə uşaqlara məlumat verərək bildirdi ki, Azərbaycan da tolerant ölkələr sırasına daxildir, dini dözümlülük səviyyəsinə görə həm Asiya, həmdə Avropa dövlətlərini qabaqlayır. Əhalisinin 95 %-i müsəlman olmasına baxmayaraq ölkə başqa millətlərə mənsub olan insanların dinc və mehriban yaşamasını təmin edir. Ümumiyyətlə bütün insanlar hansı dinə etiqad etdiyindən asılı olmayaraq, başqa mədəniyyətlərə, dinlərə əxlaqi dəyərlərə hörmətlə yanaşmalı, özləri üçün məğlub olub-olmamasına əhəmiyyət vermədən bütün ənənələrə münasibətdə dözümlü olmalıdırlar. Son illər Bakıda mədəniyyətlərarsı, dinlərarası dialoqla bağlı beynəlxalq sammitlərin, forumların keçirilməsi ölkəmizdə dini və milli demokratiyanın tam bərqərar olduğunu deməyə əsas verir. Bu çox gözəl haldır ki Azərbaycan islam dininə mənsub olsa da məhz dinin ölkəmizdə hakim olmasına imkan verilməyib. Dini dözümlülük və tolerantlıq Azərbaycan milli kimliyinin ayrılmaz hissəsidir, Odlar Yurdunun milli tolerantlığı, millətlərarası münasibətləri dini dözümlülüyü layiqli olaraq dünya dövlətlərinin diqqət mərkəzindədir. Şagirdlərlə diskussiya şəkilində təşkil olunmuş dəyirmi masada müəllim onların tolerantlıqla bağlı fikirlərini dinlədi. Şagirdlərdə öz növbəsində tolerantlıqla bağlı fikirlərini iştirakçılarla bölüşərək qeyd etdilər ki, - “Tolerantlıq dözümlülük,ilk növbədə insan azadlıları və universal hüquqların etirafı əsnasında formalaşan fəal münasibətdir. Ölkəmiz hələ onillik müstəqil inkişaf dövründə dini tolerantlı və dözümlülük nümunəsi imicini qazanmışdır.”
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi