Məktəb kollektivi bayram tədbirində
Sabunçu rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bilgəh qəsəbəsindəki 11 saylı İnteqrasiya tipli internat məktəbində Çərşənbə tədbirləri keçirildi. Tədbirdə Maştağa və Bilgəh məktəblərinin müəllim və şagird kollektivləri iştirak edirdi. Hər bir məktəb özünə məxsus sərgilər nümayiş etdirirdi.Bizim məktəb də öz növbəsində şagirdlərin əl işlərindən ibarət sərgi ilə tədbirdə çıxış etdi.İcra başçısı ilə görüşdə şagirdlər Novruz bayramı ilə bağlı məlumat verdilər. Novruza həsr edilən mahnı oxudular. Tədbirin sonunda məktəbin həyətində hazırlanmış tonqal alovlandırıldı, bayram təbrikləri söylənildi. Tədbir şən mahnı və musiqilərlə davam etdirildi.