Adın şərəflidir sənin ey qadın

                        8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə məktəbin VII "A" və III "Ç" sinifləri hazırladıqları tədbirlərlə müəllimləri təbrik etdilər. Şagirdlər çıxışında 8 mart Beynəlxalq Qadınlar günü barədə məlumat verdilər.Qeyd etdilər ki, 8 mart qadınlarla kişilərin bərabər hüquqlu olmaları uğrunda aparılan mübarizənin təmsili başlanğıcı olaraq az maaşa, uzun iş saatına və pis iş şəraitinə etiraz etməsi ilə bağlı gün kimi qəbul olunur.İlk Qadınlar Günü mərasimi 1909-cu ilin 28 fevralında Nyu Yorkda baş tutmuşdur. 1910-cu ildə 1857-ci il hadisələrdən 53 il sonra Danimarkanının Koenhagen  şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadını, Amerikada  8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi.Şagirdlərin rəqsləri, mahnıları xoş təssurat yaratdı izləyicilərə

.https://az.wikipedia.org/wiki/Beyn%C9%99lxalq_Qad%C4%B1nlar_G%C3%BCn%C3%BC

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi