Xocalı faciəsinin qurbanları yad edildi
26 fevral 1992-ci il -Xocalı soyqırımının 26 ildönümü qeyd edirik. 26 il keçməsinə baxmayaraq Xocalı dərdi, Xocalı yarası hələ də sağalmayıb. Hər il olduğu kimi bu il də məktəbdə səh ər sıraların qəbulu zamanı məktəbin direktor əvəzi Qasımova Umxanım və hərbi rəhbər Manafov Manaf Xocalı faciəsi qurbanlarını 1 dəqiqəlik sükutla yad etdi. Sükut sonrası Xocalı qətliamı barədə qısaca məlumat verdi və bildirdi ki, ermənilərin azərbaycanlıların başına gətirdikləri bəlaların içərisində Xocalı ən dəhşətli soyqırım idi. İlk dərs saatları da Xocalı faciəsinə hadisəsinə həsr edildi.