Xocalı faciəsinə həsr edilən sərgilər təşkil edildi
Xocalı faciəsinin 26-cı ildönümünün qeyd edilməsi ilə əlaqədar tərtib edilmiş tədbirlər planına əsasən Xocalıya həsr edilən divar qəzetləri , şagirdlərin rəsmlərindən ibarət sərgi, bülletenlər hazırlandı. IV "B" sinif şagirdləri Xocalı harayı adlı divar qəzeti hazırladı.Divar qəzetində Xocalı hadisəsi barədə məlumat, şeirlər yer alıb.Xocalı haqqında hazırlanan bülletenlərdə isə şagirdlər faciənin tarixi, faciə barədə məlumatlar hazırlamışlar. Rəsm müəllimi Pənahova Aybəniz isə istedadlı şagirdlərin əl işlərindən ibarət sərgi təşkil etmişdir.