Xocalı faciəsinə həsr edilən şeir müsabiqəsi keçirildi

                        Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilən "Mənim Xocalı dərdim" mövzusunda şeir müsabiqəsi keçirildi. V-IX sinif şagirdləri arasında keçirilən müsabiqədə şagirdlər Xocalı hadisələrini əks etdirən şeirləri öz duyğularına , hisslərinə əsasən söylədilər. Tədbirin başlanğcında Xocalıda həlak olanların xatirəsi 1  dəqiqəlik sükutla yad edildi.Xocalı faciəsinə həsr edilən videoçarxlar nümayiş etdirildi.VI "A" sinif şagirdləri sonda "Əsgər marşı"nı həm azərbaycanca , həmdə ingilis dilində ifa etdilər. VI "C" sinif şagirdi Sadıqova Məşədxanım və IX "B"sinif şagirdi Sadıqova Fatimə öz yazdıqları Xocalı hadisələrinə həsr etdikləri şeirləri ifa etdilər. Münsiflər heyəti olaraq məktəbin direktor əvəzi Qasımova Umxanım, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə metodbirləşmə rəhbəri Əliyeva Natavan, ədəbiyyat müəllimi Dadaşova Samirə, təsviri incəsənət müəllimi  Pənahova Aybəniz şagirdləri dinlədi. Müsabiqədə seçilən şagirdlər həvəsləndirici sertifikatlarla təltif ediləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi