Gələcəyin rəssam- memarı
2017-2018-ci tədris ilindən silsilə şəklində təşkil edilən fərdi sərgilər axarıyla davam edir. Belə ki, fevral ayında X"B" sinif şagirdi Allahverdiyev Xalidin rəsm və maket işlərindən ibarət fərdi sərgisi təşkil edildi. Rəsm müəlliməsinin sözlərinəgörə, Xalid kiçik yaşlardan rəsmə və dekorativ-tətbiqi sənətə maraq göstərmiş, maraqlı kompozisiyalar, müxtəlif memarlıq abidələrinin maketlərini uğurla yaratmışdır.
O, məktəbdənkənar rəsm müsabiqələrində, həmçinin müxtəlif sərgilərdə iştirak etmişdir. Fevral ayı ərzində məktəb kollektivinin nümayişinə təqdim olunan rəsmlərdə janr ve texnika müxtəlifliyi diqqəti cəlb edir. Xalid sade qələm, tuş, akvarel və digər texnikalarla sərbəst işləyir.
Şagirdimizə yaradıcılıq uğurları və peşəkar rəssam - memar olmağı arzulayırıq!