"Erkən nigah şagirdlərin gözü ilə" rəsm sərgisi keçirildi

Sabunçu rayon İcra Hakimiyyəti və Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə H.Abbasov adına Maştağa Mədəniyyət Mərəzində "Erkən nigah şagirdlərin gözü ilə " rəsm sərgisi keçirildi. Sərgidə məktəbin VIII "C" sinif şagirdi Quluzadə Fatimə və IX "B" sinif şagirdi Əliyeva Nuranənin rəsmləri sərgiləndi. Rəsmlər nümayişçilər tərəfindən böyük maraqla qarşılandı.