"Erkən nigaha yox deyək" mövzusunda seminar keçirildi
Sabunçu rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Ailə və Uşaq problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə H.Abbasov adına Maştağa Mədəniyyət Mərkəzində kənd əhalisi ilə görüş keçirildi. Görüşdə kəndin sayılıb seçilən insanları ilə yanaşı məktəb kollektivləri də iştirak edirdi. Tədbiri giriş sözü ilə İcra başçısının müavini Rəna xanım açdı. O çıxışında Bakı kəndlərinin ən mühüm problemlərindən olan qız uşaqlarının dərsdən yayındırılaraq erkən nigaha cəlb edilməsi məsələlərindən danışdı. Qeyd etdi ki, bir neçə il ərzində qızların erkənə nigaha cəlb edilməsi, qohum nigahına sövq edilməsi hallarına tez tez rast gəlinir. Bu ilk növbədə gələcək nəslin yetişməsində müəyyən problemlərin yaşanmasına eləcə də qüsurlu uşaqların dünyaya gəlməsinə səbəb olur. Daha sonra söz Azərbaycan Respublikası Ailə və Uşaq problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Sədaqət xanıma verildi. O da öz növbəsində mövzu ilə bağlı fikirlərini bildirdi. Erkən nigahın bir cinayət olduğunu qeyd etdi və buna görə valideynlərin cəza alacaqlarını bildirdi. Elmlər Akademiyasının üzvi fəlsəfə elmləri doktoru Rəna xanım çıxış edən zaman qeyd etdi ki, qızlarımız əsaən təhsilə önəm verməlidir. Çünki hər bir ailədə uşağın təlim tərbiyəsində anaın böyük rolu vardır. Savadlı ana savadlı övlad yetişdirər. Milli Məclisin deputatı, Nardaran qəsəbəsi 295 saylı tam orta məktəbin direktoru Dilarə Cəbrayılova mövzu ilə bağlı çıxışında öz şəxsində nümunə göstərdi. Bildirdi ki, Bakının Nardaran qəsəbəsində doğulub orda boya başa çatmasına baxmayaraq ali təhsil alıb Milli Məclisin deputatı səviyyəsinə qədər yüksələ bilmişdir. Özünü nümunə göstərərk üzünü şagirlərə tutub bildirdi ki, siz hər hansı bir şəraitdə yaşamanıza baxmayaraq təhsildən uzaqlaşmayın.