Biz sizə borcluyuq əziz şəhidlər!
İnsan insan olur öz hünəriylə.
Millət, millət olur xeyri, şəriylə,
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi Şəhidlər
Məktəbin VII "B" sinfinin 20 Yanvar şəhidlərinə həsr etdiyi tədbir bu misralarla başladı. Şagirdlər 1990 -cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş vermiş qanlı yanvar hadisələri ilə bağlı məlumat verdilər.Onlar çıxışları ilə həmin günün hadisələrini yenidən canlandırdı.Şagirdlər bildirdi ki, həmin gecə Azərbaycan tarixinə yazılmış qanlı bir səhifədir. Bu tarix Azərbaycan xalqının müstəqillik yolunda atdığı ilk addımlar idi.Yanvarın 19-dan 20 -nə keçən gecə Sovet İttifaqının qoşunları fpvqəladə vəziyyət elan olunmadan şəhərə daxil olmuş, dinc əhaliyə zərər yetirmiş,yüzlərlə insan qətlə yetirilmiş,yaralanmış və itgin düşmüşdür. Əvvəlcədən SSRİ-nın rəhbəri M.Qorbaçov tərəfindən düşünülüb hazırlanmış bu plan ilk öncə Azərbaycan xalqının azadlıq və suverenlik əzmini qırmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmağa xidmət edirdi. Qurulmuş planlara baxmayaraq xalqın iradəsini qırmaq mümkün olmadı. Xalq canı bahasına da olsa qaniçən cəlladların qarşıısında sipər olaraq öz doğmalarını, əzizlərini qoruya bildi. Bu gələcək nəsillər üçün bir örnək oldu. Biz inanırıq ki gələcək nəsillər sizin bu rəşadətinizə layiq olacaq və sizin qanınızın son damlasınadək intiqamınızı alacaqlar.