20 Yanvar hadisələri ilə bağlı söhbət aparıldı

                       Məktəbin Uşaq Birliyi Təşkilatı rəhbəri Quliyeva İlahə bir sıra siniflərdə 20 Yanvar şəhidlərinin iyirmi səkkizinci ildönümü münasibətilə sinif təşkilat saatlarında həmin günün dəhşətləri barədə söhbət apardı.O, əvvəlcə şagirdlər arasında 20 yanvar hadisələri  haqqında  sorğu keçirdi. Məlumatı olan şagirdlər öz fikirlərini bildirdilər. 20 yanvar şəhidlərindən kimləri tanıyırsız sualına şagirdlər məktəbli İlqarı, Larisanı, İlham və Fərizəni, Ülvi Bünyadzadəni tanıdıqlarını bildirdilər. Bununla yanaşı Uşaq Birliyi Təşkilatı rəhbəri qeyd etdi ki, kəndimizdən də 20 yanvar şəhidləri sırasında olan var.Kamal Məmmədov da həmin gecəinin qurbanına çevrilmişdir. Hal hazırda 209 saylı məktəb şəhidin adını daşıyır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi