Məktəbdə "Dünya azərbaycanlılarının ümummilli lideri, qüdrətli dövlət xadimi Heydər Əliyevin şərəfli ömür yolu nəsillərə nümunədir" mövzusunda dəyirmi masa keçirilib.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin " Bilik günü" ndə Bakıdakı 148 nömrəli tam orta məktəbin açılış mərasimindəki nitqindən irəli gələn tarixi siyasi irsi, vəzifələrin icrasına uyğun olaraq məktəbdə "Dünya azərbaycanlılarının ümumilli lideri, qüdrətli dövlət xadimi Heydər Əliyevin şərəfli ömür yolu nəsillərə nümunədir" mövzusunda IX-XI sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirildi. Tədbirdə məktəbin tarix müəllimi Rzayev Əhəd Heydər Əliyevin tarixi-siyasi irsi haqqında şagirdlərə məlumat verdi, onun Azərbaycanın tarixi inkişafında tutduğu mühüm rolu haqqında danışdı. Məktəbin kitabxanaçısı Ələkbərova Ofella isə ümummilli liderin həyat və fəaliyyəti barədə şagirdlərə məlumat verdi.Məktəbin hərbi rəhbəri Manafov Manaf öz çıxışında Azərbaycanın çətin günlərində Heydər Əliyevin Azərbaycana gəlməsi və Azərbaycanı çətin günlərdən çıxararaq xoş günlərə doğru aparmasından , ordu quruculuğunda apardığı işlərdən danışdı. Məktəbin IX sinif şagirdi İsmayıllı Orxan isə Heydər Əliyevlə bağlı fikirlərini tədbir iştirakçılarıyla bölüşdü.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi