Məktəbimizə ağır itki üz verdi

          Bakı şəhəri Sabunçu rayonu C.Nurməmmədov adına 108 nömrəli tam  orta məktəbin kollektivinə ağır itki üz verib. Məktəbin direktoru peşəkar və nüfuzlu təhsil işçisi,bacarıqlı insan,kollektivin sevimlisi Mehtiyeva Narınc Əlövsəd qızı dekabrın13-də ömrünün 58-ci ilində qəflətən dünyasını dəyişib.Narınc Əlövsəd qızı Mehtiyeva 1959-cu il mart ayının 17-də Bakı şəhəri Maştağa qəsəbəsində anadan olub. İlk təhsilini qəsəbədə yerləşən 108 nömrəli məktəbdə alıb.Təhsilini başa vurduqdan sonra sənədlərini Azərbaycan Pedaqoji  Xarici Dillər institutuna verir və Fransız və ingilis dili filologiya fakultəsinə daxil olur. Ali məktəbdə təhsil aldığı illərdə müəllimlərin sevimlisinə çevrilir.Ali məktəbində bitirdikdən sonra 1984-cü ilə qədər Xaçmaz rayonu Fərzəlioba kənd 8 illik məktəbində xarici dil müəllimi işləyir.Şagirdlərin sevimlisinə çevrilən Narınc Mehtiyeva 1985-1992- ci illərdə Bakı şəhəri Bilgəh qəsəbəsindəki 142 nömrəli orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirir.1993-cü ildən 108 nömrəli orta məktəbdə xarici dil müəllimi kimi çalışır.Müəllim işlədiyi müddətdə rəhbərliyin və kollektivin hörmətini qazanır, şagirdlərdə fransız dilinə qarşı böyük maraq yaradır. Bir neçə il Fransa səfirliyindən və Azərbaycan dillər Universitetinin nümayəndələrinin iştirakı ilə tədbirlərə imza atmışdır. 

            Narınc Mehtiyeva 2006-cı ildə 108 nömrəli məktəbdə təlim-tərbiyə işləri üzrə  direktor müavini vəzifəsində, 2007-ci ildən son günədək məktəbin direktoru vəzifəsində çalışmışdır. Böyük bir kollektivə rəhbərlik etmək, eyni zamanda şagirdlərin sevimlisinə çevrilmək Narınc xanımın gərgin əməyi sayəsində mümkün olur. Onun rəhbərlik etdiyi dövrlərdə məktəb bir sıra uğurlara nail olmuşdur, şagirdlərimz müxtəlif yarışamlarda qələbə qazanmış, olimpiadalarda respublika turunun III mərhələsinə qədər irəliləmiş, məktəb saytı ayın qalibi olmuşdur. Təhsil sahəsində bir sıra yenilikləri, gənc müəllimlərə qayğıkeş münasibəti ilə Narınc Mehtiyeva nəinki məktəb kollektivinin eləcə də qəsəbə sakinlərinin hörmətini qazanmışdır. Hələ neçə -neçə arzuları yarımçıq qaldı Narınc Mehtiyevanın! Qəfil ölüm onu sıralarımızdan vaxtsız aldı.Lakin istedadlı təhsil işçisi kimi Narınc xanımın əziz xatirəsi uzun zaman onu sevənlərin qəlbində yaşayacaq.Allah rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi