"Manna dövlətinin yaranması və yüksəlişi" mövzusunda nümunəvi dərs keçirildi
Məktəbdə keçirilən Tarix aylığı çərçivəsində tarix müəllimi Rzayev Əhəd "Manna dövlətinin yaranması və yüksəlişi" mövzusunda nümunəvi dərs keçdi. Dərs VI "B" sinfində müasir təlim texnologiyalarına əsasən keçirildi. Dərsdə təlim tərbiyə işləri üzrə direktor müavini Qasımova Umxanım, Azərbaycan dili müəllimi Süleymanova Rəna, və rus dili müəllimi Qəribova Nailə iştirak edirdi. Müəllim şagirdlərlə mövzuyla bağlı sorğu sual apardı, şagirdlər verilən suallara əsasən təqdimat hazırladılar. Manna dövlətinin yaranması və onun yüksəlişində rolu olan hökmdarları barəsində məlumatlar verildi. Venn diaqramından istifadə edilərək Manna dövlətinin və hökmdarının, Azərbaycanın ümumilli lideri Heydər Əliyevin oxşar fərqli cəhətlərini müzakirə etdilər.Sonda dərs müasir dövrlə əlaqələndirilərək Manna hökmdarı İranzu və ümumilli lider Heydər Əliyevin öz xalqı, dövləti üçün etdikləri müqayisə edildi. Dərsdə Manna dövləti barəsində hazırlanan videodərsdən, xəritələrdən istifadə olundu. Dərs ədəbiyyat, rəsm, coğrafiya, həyat bilgisi dərslərinə inteqrasiya edilərək təşkil edilmişdi.