Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar dəyirmi masa keçirildi
12 dekabr Azərbaycanda ümumxalq hüzn günü-Ümumilli lider Heydər Əlirza oğlu Əliyevin anım günüdür. Artıq 14 ildir ki ulu öndər aramızda yoxdur. Bu gün münasibəti ilə siniflərdə ilk dərs saatları Heydər Əliyevə həsr edildi. Kitabxanada şagirdlərlə "Ulu öndər və onun tarixi irsi" mövzusunda dəyirmi masa keçirildi. Çıxışa başlamazdan əvvəl kitabxana müdirəsi Həsənova Natavan və kitabxanaçı Ələkbərova Ofella şagirdlərlə birgə Ulu öndəri 1 dəqiqəlik sükutla yad etdi. Sonra Həsənova Natavan çıxışında Heydər Əliyev və onun tarixi irsi barəsində şagirdlərə məlumat verdi. Onun Azərbaycan xalqı üçün elədiyi fədakarlıqlar barədə, Azərbaycanın dar günündə xalqının bu cür əziyyətinə dözməyərək qayıdan, onu istər iqtisadi , istərsədə hərbi sahədə gücləndirən ümumilli lider haqda söhbələ apardı. Şagirdlərdə öz növbəsində onun apardığı islahatlar, gördüyü işlər barədə məlumatlar verdi. Sonda şagirdlərdən Sadıqova Fatimə və Sadıqova Məşədxanım ona həsr etdikləri şeirləri söylədilər.