Plastilindən maraqlı fiqurlar
II “B” sinif şagirdləri sinif rəhbəri Qasımova Zəhranın rəhbərliyi ilə maraqlı texnologiya dərsi keçdi. Uşaqlar plastilindən müxtəlif fiqurlar hazırladılar. Müəllimin göstərişi ilə bəziləri ağac, ilan və s. əşyalar hazırladılar. Bu ilk növbədə şagirdlərin zehninin, yaddaşının, bacarıqlarının inkişaf etdirilməsi, onlarda ətraf aləmə qarşı diqqətin formalaşdırılmasına , şagirdlərin fərdi və kollektiv formada əməkdaşlıq etməsi ilə işləməyə kömək edir. Şagirdlər tərəfindən hazırlanan fiqurlar sinif guşəsində sərgiləndi.