Fərdi sərgilər davam edir
Hər ay keçirilən fərdi sərgilər dekabr ayında da təşkil edildi. Təsviri incəsənət müəllimi Pənahova Aybəniz bu ayda X B sinif şagirdi Məmmədova Ülkərin və IX B sinif şagirdi Salamova Tərbiyənin rəsm işlərini fərdi sərgi şəklində məktəb kollektivinin nümayişinə təqdim etdi. Hər iki şagird xüsusi yaradıcı qabiliyyətləri ilə hələ kiçik siniflərdən çox fərqləniblər. Müəllim qeyd etdi ki, Məmmədova Ülkər indiyədək bir çox yerli və beynəlxalq rəsm müsabiqələrinə qatılaraq nailiyyətlər əldə etmişdir. Şagirdlərin fərdi sərgisi 1 ay ərzində sərgilənəcək.