Şagirdlər arasında sürətli oxu yarışı keçirildi

IV D sinfində sinif rəhbəri Məmmədzadə Aygünün rəhbərliyi ilə şagirdlər arasında sürətli oxu yarışması keçirildi.Şagirdlərə keçmədikləri mətnlər verildi. Əvvəlcə şagirdlər tək-tək sürətli, intonasiyaya fikir verməklə  mətnləri düzgün səlis oxudular. Sonra isə cüt-cüt eyni mətni birlikdə oxudular. Məqsəd uşaqlarda oxuya həvəsin artırılması, Şifahi oxu qaydalarına düzgün riayət etmək, intonasiyanın və vurğunun düzgün və yerində istifadəsi, durğu işarələrindən düzgün istifadə edilməsi, üzündən sərbəst oxu və yoldaşlarının buraxdığı səhvləri anında duya bilmək,həmin səhvlərdən düzgün nəticə çıxara bilərək bir daha təkrara yol verməmək, diqqətlilik, doğruluq,fikrin bir nöqtədə cəmlənməsi, özlərinin oxu ilə məşğul olduqları zaman digərlərinin nitqində səhv tuta bilmək bacarığının inkişaf etdirilməsidir.Belə yarışların keçirilməsi şagirdlərdə daha da məsuliyyətli olmaq bacarığını formalaşdırır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi