"Antonimlər" mövzusunda nümunəvi dərs

27.11.2017- ci il tarixdə V A sinfində Azərbaycan dili fənnindən "Antonimlər" mövzusunda nümunəvi dərs keçirildi. Dərs fəal interaktiv təlim metodlarına əsasən təşkil olunmuşdu. Kiçik  qruplara ayrılmış şagirdlər gündəlik həyatda, yaşamımızda qarşımıza çıxan ziddiyətlər haqqında müzakirələrdə fəal iştirak edib Venn diaqramı vasitəsilə antonimlərlə sinonimlərin oxşar və fərqli xüsusiyyətlərini müəyyənləşdirdilər. Tədqiqat zamanı müxtəlif təlim üsullarlarından -rollu oyunlardan, müzakirələrdən, anlayışın çıxarılmasından istifadə olundu. Antonimlərin bədii ədəbiyyatda əhəmiyyətindən danışan müəllim Əliyeva Natəvan ədəbiyyat, tarix, həyat bilgisi, riyaziyyat, musiqi fənlərinə inteqrasiya etdi. Dərsdə məktəbin direktoru Mehtiyeva Narınc, təlim tərbiyə işləri üzrə direktor müavini Qasımova Umxanım, Azərbaycan dili müəllimləri Dadaşova Samirə, Süleymanova Rəna, İbrahimxəlilova Aynurə, təsviri incəsənət müəllimi Pənahova Aybəniz, ibtidai sinif müəllimi Rufullayeva Sevinc, xarici dil müəllimiləri Dostəliyeva Fatimə, Balayeva Fatma, 187 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Böyükxanım Qasımova iştirak edirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi